Dünya futbolu

Nazarov dubl etdi, komandası qalib gəldi – VİDEO

Almaniya III liqasının 26-cı turunun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan milisinin formasını geyinən Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” doğma meydanda “Essen”lə qarşılaşıb.

Görüş ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matça əsas heyətdə başlayan Nazarov qarşılaşmada dubla imza ataraq, komandasının qalibiyyətində böyük pay sahibi olub.

O, 22 və 30-cu dəqiqələrdə adını tabloya yazdıra bilib. Nazarov cari mövsüm 7 dəfə rəqib qapılarına yol tapa bilib.

“Ersgebirge” 33 xalla 13-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43