Misli Premyer Liqasının sonuncu turunda “Qarabağ” səfərdə “Şamaxı” ilə üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, ev sahibi komanda görüşə ciddi itkilərlə çıxacaq. Zədəli olan Vasiliye Radenoviç, Vasiliye Bakiç, Brahim Konate, Səbail Bağırov, Maykl Tuik, Andrey Tirkoveanu və Leroy Mikels “Qarabağ”a qarşı oynamayacaq.
Ağdam təmsilçisi isə bir futbolçunun xidmətindən məhrumdur. Zədəli olan Aleksey İsayev görüşdə forma geyinə bilməyəcək. İki komandanın da heyətində cəzalı futbolçu yoxdur.
Qeyd edək ki, “Şamaxı” – “Qarabağ” oyunu bu gün saat 17:00-da start götürəcək.

