06 İyul 2026
Ölkə futbolu

“Şamaxı”dan qələbə, “Neftçi” uduzdu – YENİLƏNİB

Azərbaycan Premyer Liqasında 29-cu tur davam edir.

İdmanxeber.az-ın məlumatına görə, bu günə nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb.

Əvvəlcə “Şamaxı” öz meydanında “Kəpəz”lə qarşılaşıb. Matç Ayxan Abbasovun komandasının qələbəsi ilə başa çatıb. Bu komandaların ilk dövrədəki oyununda “Kəpəz” (4:1), 2-ci dövrənin matçında isə “Şamaxı” (2:0) qalib gəlib.

Günün ikinci matçında isə “Neftçi” əzəli rəqibi “Qarabağ”ı qəbul edib. Maraqla gözlənilən Azərbaycan derbisi Ağdam klubunun qələbəsilə başa çatıb – 5:1

Komandaların ilk dövrədəki oyununda “Qarabağ” 2:0 hesablı qələbə qazanıb. İkinci dövrənin matçı isə təxirə salınıb və aprelin 30-da keçiriləcək.

26 aprel (bazar)

Misli Premyer Liqası, 29-cu tur

16:00 “Şamaxı” – “Kəpəz” – 2:0 

Qol: Rikardo Apolinario, 68, Andrey Tirkoveanu, 75

Baş hakim: Rəşad Əhmədov
Şamaxı şəhər stadionu

19:00 “Neftçi” – “Qarabağ” 1:5

Qollar: Musa Qurbanlı, 9 (0:1), Elvin Bədəlov, 20 (1:1), Musa Qurbanlı, 32 (1:2), Joni Montiel, 38 (1:3), Leandro Andrade, 68 (1:4), Emanuel Addadi 90+3 (5:1)
Baş hakim:
 Tural Qurbanov

“Palms Sports Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43