“Barselona” müdafiəçi Mikail Faye ilə müqavilə imzaladığını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, 18 yaşlı seneqallı Kataloniya klubu ilə 2027-ci ilin iyun ayının sonuna qədər müqavilə imzalayıb. Futbolçunun müqavilədə nəzərdə tutulan təzminat məbləği 400 milyon avrodur.
Fayenin əvvəlki klubu Xorvatiyanın “Kustosia” komandası olub. Futbolçu 2023-cü ilin fevralından komandada çıxış edir, 14 matçda 1 qol və 1 məhsuldar ötürmə edib.

