Kateqoriyasız

“Şerif”in pley-off şansları artdı

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Şerif”  öz meydanında “Valyur” ilə üz-üzə gəlib.

İdmanxeber.az-ın məlumatına görə, ilk hissəsi qolsuz başa çatan görüşün ikinci yarısında meydan sahibləri fərqlənməklə qələbəni qazanan tərəf olub.

Tərəflər arasında cavab matçı 1 həftə sonra İslandiyada keçiriləcək.

Qeyd edək ki, BATE – “Qarabağ” cütünün məğlubu Avropa Liqasının pley-off mərhələsində  “Şerif” – “Valyur” cütünün qalibi ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43