14 İyul 2026
Dünya futbolu

Silva “Mançester Siti”dən ayrılır

Mövsümün sonunda “Mançester Siti” ilə müqaviləsi bitəcək Bernardo Silva klubdan ayrılmağa qərar verib.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı futbolçu karyerasını İtaliyada davam etdirməyə yaxındır. Onun transferində “Milan” və “Yuventus” maraqlıdır. 31 yaşlı yarımmüdafiəçi yayda azad agent olacaq.

Qeyd edək ki, Silva 2017-ci ildə “Monako”dan “Siti”yə 50 milyon avroya transfer olunub. O, bu mövsüm 19 oyunda 2 qol və 3 asistlə çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43