Dünya futbolu

Simeon Slavçev: “Biz robot deyilik”

Bolqarıstan səfərdə Norveçə məğlub olub.

Millətlər Liqasının qrup mərhələsinin IV turunda Bolqarıstan millsi səfərdə Noveçə 1:0 hesabı ilə məğlub olub. Oyunun ardından “Qarabağ”ın da oyunçusu olan Simeon Slavçev görüş barəsində fikirlərini bildirib:

Bugünkü məğlubiyyət bizi ruhdan salmamalıdır. İndiyə qədər olan oyunları silməsinə imkan verməyəcəyik. Paltardəyişmə otağında hər zamankından daha güclü olacağıq. Komandamız böyük potensiala sahibdir. Hər oyun ən yaxşı oyunumuz oynamağa çalışırıq. Ancaq unutmayaq ki, biz robot deyilik”.

Qeyd edək ki, Bolqarıstan qrupunda 9 xalla 2-ci pillədə qərarlaşıb. Lider Norveçin də eyni sayda xalı var


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43