02 İyul 2026
Kateqoriyasız

“Simurq” “Bakı”nı gözləyir

Azərbaycan Premyer Liqasının 34-cü turunda “Bakı”nı qonaq edəcək “Simurq” hazırlıqları tamamlayıb. 

İdmanxeber.com-un məlumatına görə, ötən gün son məşqinə çıxan Zaqatala klubu bir saatdan artıq çalışıb.

Hazırlıq prosesində zədəli Vüqar Mustafayev və Samir Zərgərov iştirak etməyib.

Qeyd edək ki, cari mövsümün Zaqatalada keçiriləcək son qarşılaşması bu gün saat 17:00-da start götürəcək. Qarşılaşmanı Vüsal Əliyev idarə edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43