18 İyul 2026
Ölkə futbolu

SON DƏQİQƏ! Premyer Liqa klubu baş məşqçini göndərir 

Premyer Liqada sonuncu sırada gedən “Karvan-Yevlax” komandası baş məşqçi ilə vidalaşır.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik Azər Həşimovla yolları ayırır. Artıq baş məşqçiyə bununla bağlı məlumat verilib. Mütəxəssis bu gün klubun bazasından əşyalarını toplayıb. Qısa vaxtda məşqçi ilə yolların ayrıldığı rəsmən açıqlanacaq.

Xatırladaq ki, Yevlax təmsilçisi son turda “Kəpəz”ə məğlub olub. Komanda hazırda 5 xalla sonuncu sırada yer alır.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43