Türkiyə Super Liqası təmsilçisi “Ümraniyespor” baş məşqçi ilə yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik Recep Uçarla vidalaşıb. Son beş oyunda 2 məğlubiyyət, 2 heç-heçə və bir qələbəsi olan İstanbul klubu 23 xalla 18-ci pillədədir.
Xatırladaq ki, “Ümraniyespor” ötən il Uçarın başçılığı ilə Super Liqaya vəsiqə qazanmışdı.

