Kateqoriyasız

Tahir Gözəl: “…Qurban Qurbanov cavabdehdi”

“Oyundan öncə həyəcanlı idik. Hesabda 2:0 öndə olandan sonra bir qol buraxdıq. Bu bizim həyəcanımızı çoxaltdı. Fikrimcə, əla oyun oldu. Qurban Qurbanov başda olmaqla bütün komandamızı təbrik edirəm”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl deyib.

Klub rəsmisi qələbəni belə şərh edib: “Bu oyuna yaxşı hazırlaşmışdıq. 1993-cü ildə biz kubokunu Ağasəlim Mircavadovun rəhbərliyi ilə qazanmışıq. Eyni uğuru Qurban Qurbanovla – azərbaycanlı məşqçi ilə təkrarladıq. Bununla qürur duyuram. Motivasiyamız yüksək idi. Bundan sonra Çempionlar Liqasına hazırlaşacağıq. Komandadakı dəyişikliklərə isə Qurban Qurbanov cavabdehdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43