İdman

Tokio-2020: Stend atıcımız ilk günü 24-cü bitirdi

Stend atıcımız Emin Cəfərov Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk çıxışını yekunlaşdırıb.

O, 3 raundun nəticəsinə əsasən 71 xalla 24-cü pillədə qərarlaşıb. Cəfərov üçüncü raundda aktivinə daha 23 xal yazdırıb.

Onunla birlikdə daha 5 idmançı eyni xalı toplayıb. Mübarizəni davam etdirmək üçün atıcımız növbəti 50 atəşdən sonra ilk 6-lığa düşməlidir. Təsnifat mərhələsindən sonra yalnız ilk 6 yerin sahibi mükafatlar uğrunda yarışacaq.

Təsnifat mərhələsinin davamı və həlledici raundlar sabah keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43