Kateqoriyasız

Toni Adams: “Brondbü”dən savayı başqa təkliflərim də var”

“Qəbələ”nin keçmiş baş məşqçisi, hazırda isə bu klubun idman direktoru olan ingiltərəli Toni Adams Danimarkanın “Brondbü” komandasını çalışdıra bilər.

İdmaxneber.com-un məlumatına görə, ingiltərəli mütəxəssis bunu Danimarka mətbuatına verdiyi açıqlamada deyib:

“Brondbü” Danimarkanın ən yaxşı klubudur. Mən burada işləmək arzusundayam. Klub prezidenti ilə tez-tez söhbət edirik və orada yaradılan şərait mənim çox xoşuma gəlir. Avropada klub axtarışında olduğumu gizlətmirəm. “Brondbü”dən savayı başqa təkliflərim də var. Hələ gözləyirəm”.

Qeyd edək ki, 49 yaşlı mütəxəssis hazırda “Qəbələ”nin idman direktoru vəzifəsində çalışır. Adams həmçinin 2010-2011-ci illərdə adıçəkilən klubun baş məşqçisi olub.





İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43