17 İyul 2026
Kateqoriyasız

“Topaz” “Bayıl Arena”dakı matçdan şübhələndi və…

Azərbaycanın qanuni mərc oyunu “Topaz” ölkə Kubokunun 1/4 final mərhələsinin ilk oyunları üçün əmsalları açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, maraqlıdır ki, “Topaz” sadəcə bir oyun üçün –“Rəvan” – “İnter” matçı üçün açıqladığı əmsalları sonradna ləğv edib.

Məsələr burasındadır ki, ölkənin rəsmi bukmeker kontoru şübhələndiyi oyunlar olduqda pul qoyuluşunu dayandırır. “Bayıla Arena”da keçiriləcək qarşılaşma üçün pul qoyuluşu dayandırılıb. “Topaz” sözügedən oyunu mərc siyahısından çıxardıb.

Qeyd edək ki, oyun saat 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43