İdman

Topaz Premyer Liqasının püşkatmasının vaxtı məlum oldu

Azərbaycan Premyer Liqasında 2017-18 mövsümünün püşkatmasının tarixi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, püşkatma mərasimi avqustun 2-də keçiriləcək. AFFA-nın inzibati binasında reallaşacaq tədbir saat 12:00-da start götürəcək.

Qeyd edək ki, ölkə çempionatının yeni mövsümündə 8 komanda iştirak edəcək. Bunlar “Qarabağ”, “Qəbələ”, “İnter”, “Zirə”, “Neftçi”, “Sumqayıt”, “Kəpəz” və “Səbail”di.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43