Dünya futbolu

Dəniz Yılmaz üçün 500 min avroluq təklif

Yeni mövsümdən Türkiyə Super Liqasında çıxış edəcək “Malatyaspor” klubu millimizin üzvü Dəniz Yılmazı transfer etmək istəyir.

İdmanxeber.com-un məlumatına görə, tarixində ilk dəfə Superliqada çıxış etmək şansı qazanan komanda 29 yaşlı hücumçuya 500 min avroluq təklif göndərib. “Bursaspor” təklifi dəyərləndirmək üçün vaxt istəyib.

Qeyd edək ki, bundan əvvəl “Bursaspor”un D.Yılmazı 500 min avro ödəniləcəyi təqdirdə satacağı barədə xəbərlər yayılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43