06 İyul 2026
Dünya futbolu

“Tottenhem” Keyni buraxmır

“Tottenhem” “Bavariya”nın hücumçu Harri Keyn üçün  ikinci təklifi qəbul etmək niyyətində deyil.

İdmanxeber.az-ın məlumatına görə, Münhen 29 yaşlı futbolçu üçün 80 milyon avrodan keçməyə hazırdır. Ancaq London klubu bunu qəbul etməyib. 

Keynin “Tottenhem”lə müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Keçən mövsüm o, bütün turnirlərdə 49 matç keçirdi, 32 qol vurub və 5 asist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43