Cənubi Azərbaycan təmsilçisi “Traktor” klubu İran çempionatında növbəti oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, Təbriz klubu “Aluminium Arak”la üz-üzə gəlib. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv bu görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb. Nəticədə “Traktor” mövsümdəki ilk qələbəsini qazanıb.
Qeyd edək ki, “Traktor” 5 turdan sonra 5 xalla 9-cu pillədə qərarlaşır.

