26 İyul 2026
Ölkə futbolu

Tovuzda “sülh”, “Qarabağ”dan darmadağın – YENİLƏNDİ

Misli Premyer Liqasının XXVI turunun oyunları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk matçı Tovuzda baş tutub. “Turan Tovuz” doğma meydanda “Qəbələ”ni qonaq edib. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 1:1.

Günün digər görüşündə isə lider “Qarabağ” sonuncu sıradakı “Səbail”i sınağa çəkib. Ağdam təmsilçisi görüşdən 3:0 hesabı ilə qalib ayrılıb.

Premyer Liqa

XXVI tur

11 mart (şənbə)

15:00. “Turan Tovuz” – “Qəbələ” 1:1

Qol: Runi Eva, 19-pen. (1:0), Felipe Santos, 39 (1:1)

Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Tovuz şəhər stadionu

18:00. “Qarabağ” – “Səbail” 3:0

QOLLAR: E. Cəfərquliyev 24, M. Qurbanlı 34, J.Romao 53

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Şamil İmanzadə

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Rüfət Əmirov

“Azersun Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43