Ölkə futbolu

“İstənilən oyunda xal itirmək ehtimalımız var” – Qurban Qurbanov

“Futbolçularımı təbrik edirəm. Çox vacib üç xal qazandıq. Oyundan razı qaldım. Topla tez və dinamik rəftar etdik. Bu, çox vacib idi. Hücumda olmağımıza baxmayaraq, müdafiədə diqqətli oynadıq. Düşünürəm ki, yaxşı oyun keçdi. Şahin Diniyevə uğurlar arzu edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ln baş məşqçisi Qurban Qurbanov “Səbail” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Asan qələbə qazanmadıq. “Səbail”i başa düşmək olar. Sonuncu yerdə olduqları üçün ehtiyatlı davranırdılar. Onlar “Sabah”ı kubokdan uzaqlaşdırıb. Hər bir komandanın istənilən rəqibi məğlub etmək imkanı var. Futbol elə səviyyədədir ki, istənilən komanda müqavimət göstərə bilər.

Qarşıda hələ 10 oyun var. Bu isə 30 xal deməkdir. Gərgin oyunlar bizi gözləyir. İstənilən oyunda xal itirmək ehtimalımız var. Bəli, biz çempion olmaq istəyirik. Hələ heç nə məlum deyil.

Milli komandamıza uğurlar arzu edirəm. Hər zaman inamlı olmalıyıq. Futbolçuların hər birinin təcrübəsi var. Rəqiblərə real baxmalıyıq. Öz komandamdan hansı futbolçuların millidə çıxış etməsi mənim seçimimə bağlı deyil.

Ümumiyyətlə, ölkə futbolunun daha yaxşı olması üçün çempionat yüksək səviyyədə olmalıdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43