DÇ-2026-nın seçmə mərhələsində səfərdə İspaniya ilə qarşılaşacaq Türkiyə millisinin heyətində dəyişiklik edilib.
İdmanxeber.az-ın məlumatına görə, zədəli Kaan Ayhan, Aral Şimşir, Abdülkerim Bardakcı və Kerem Aktürkoğlu, həmçinin cəzalı İsmail Yüksek heyətdən ayrılıb. “Qalatasaray”ın hücumçusu Ahmed Kutucu isə komandaya çağırılıb.
İspaniya – Türkiyə görüşü noyabrın 18-də, saat 23:45-də başlayacaq.

