Kateqoriyasız

Türkiyənin Bakıdakı oyunlarına nə qədər bilet satılıb? – Açıqlandı

Bakıda keçiriləcək Avro-2020-nin oyunlarına satılan bilet sayı açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, bu gün Avro-2020-nin Bakıda keçiriləcək oyunları ilə əlaqədar Şamaxıda keçirilən təqdimat mərasimində bildirilib ki, qiyməti 125, 75 və 30 avro olmaqla, 3 kateqoriyalı biletləri internet vasitəsilə əldə etmək mümkündür. İndiyədək Bakıdakı qarşılaşmalata 118 min 840 bilet satılıb. Onlardan 19 min 59-u Uels – İsveçrə, 32 mini Türkiyə – Uels, 30 min 147-si İsveçrə – Türkiyə, 37 min 634-ü isə 1/4 final oyununadır. Biletlərdən hərəyə 8 000-i iştirakçı komandalar, qalanları isə ictimaiyyət üçün nəzərdə tutulur.

Xatırladaq ki, Avro-2020 zamanı Bakı Olimpiya Stadionunda 4 oyun keçiriləcək. İyunun 13-də A qrupunun Uels – İsveçrə, iyunun 17-də Türkiyə – Uels, iyunun 21-də İsveçrə – Türkiyə matçları, eyni zamanda 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43