02 İyul 2026
İdman

Türkiyə millisinin hücumçusu sıradan çıxdı

DÇ-2018-in seçmə mərhələsində Xorvatiya millisinin qonağı olacaq Türkiyə millisi ciddi itki ilə üzləşib.

 

İdmanxeber.com-un məlumatına görə, “ay-ulduzlular”ın gənc futbolçusu Enes Ünal zədələnib. Hollandiyanın “Tvente”  klubunun futbolçusu son məşqlərin birində qasıq nahiyəsindən zədə aldığı üçün millinin heyətindən kənarlaşdırılıb.
 
Qeyd edək ki, Xorvatiya – Türkiyə matçı bu gün Bakı vaxtı ilə 22:45-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43