Kateqoriyasız

Türklər “Neftçi”nin qərarını təəccüblə qarşıladı

“Qalatasaray”ın yeni transferi Jesse Sekidikanın “Neftçi”də baxışda olması və Bakı klubu tərəfindən bəyənilməməsi Türkiyə idman mətbuatının təəccübünə səbəb olub.

İdmanxeber.az-ın məlumatına görə, “Milliyət”də dərc olunan yazıda nigeriyalı oyunçunun ötən il “Eskişehirspor”a keçməzdən əvvəl Bakı təmsilçisinə təklif olunduğu ancaq, onun məşqçilər heyəti tərəfindən bəyənilmədiyi vurğulanıb.

23 yaşlı hücumçunun  “Qalatasaray”a keçidindən sonra “Neftçi”nin heyfsləndiyi bildirilib. Klub rəhbərliyinin “biz Sekidikada nəyi görə bilmədik? “Qalatasaray” kimi bir komanda onu transfer edərkən biz niyə bəyənmədik?” deyərək  təəccübləndiyi yazılıb.

Qeyd edək ki, Sekidika Bordinin dönəmində “Neftçi”də baxışda olub və bəyənilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43