Ölkə futbolu

UEFA-dan Rəhim Həsənova növbəti təyinat

Azərbaycanlı FIFA referisi Rəhim Həsənov növbəti beynəlxalq oyuna təyinat alıb.

UEFA Gənclər Liqasının I təsnifat mərhələsinin  1-ci turunda keçiriləcək “Minsk” (Belarus) – “İlles Akademia” (Macarıstan)  oyununo Rəhim Həsənov idarə edəcək.

Ona yan xətdə Namiq Hüseynov və Mübariz Həşimov kömək edəcək. Belaruslu Viktor Şımusik dördüncü hakim olacaq.

Qeyd edək ki, oktyabrın 3-də Minskdəki “Traktor” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanayaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43