Kateqoriyasız

UEFA klublarımıza pul ödədi

Avropa Liqasının seçmə mərhələsində çıxış edən klublar üçün UEFA tərəfindən ayrılmış müvafiq vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

Azərbaycan klublarından “Neftçi”, “Keşlə”  və “Sumqayıt” hər biri 240 min avro əldə edib.

Qeyd: “Keşlə” klubu üçün ayrılmış maliyyə  vəsaiti  mövsümün birinci və ikinci yarısı nəzərdə tutulmaqla klubun cari xərclərinin ödənilməsinə yönəldiləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43