İdman

UEFA-nın yeni reytinqi: Azərbaycan mövqeyini qorudu

Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, ötən reytinq sıralamasında 22-ci pillədə olan ölkəmizin mövqeyi dəyişilməyib.

Yunanıstanda “Panatinaikos”a 0:1 hesabı ilə uduzan “Qəbələ” xal hesabımızı artıra bilməyib. Son 5 ilin nəticələrinə əsasən hesablanan reytinq xalımız 17.125-də qalıb.

Azərbaycandan 1 pillə irəlidə – 21-ci yerdə olan Kiprin 17.800 xalı var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43