Dünya futbolu

“Şerif” – “Qarabağ” oyununun biletlərinin qiyməti açıqlandı

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Şerif” – “Qarabağ” matçının biletlərinin qiyməti açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, Tiraspol şəhərindəki eyniadlı stadionunda keçiriləcək oyunun biletləri 20-100 rubladı (təxminən 3,5-17 AZN). Biletlər bu gündən etibarən satışa çıxarılıb.

“Şerif” və “Qarabağ” arasında cavab oyunu avqustun 1-də, Bakı vaxtıyla saat 21:00-da start götürəcək. Bu komandalar arasında keçirilmiş ilk oyunda hesab açılmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43