İdman

Velosipedçilərimiz Yeniyetmələrin Avropa Olimpiya Festivalında uğursuzluqla üzləşdi

Macarıstanın Gyor şəhərində keçirilən Yeniyetmələrin Avropa Olimpiya Festivalında velosiped idmanı üzrə mübarizəyə yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, yarışda 2 oğlan və 3 qız velosipedçimiz iştirak edib.

44 km məsafəyə qrup ötüşməsində iştirak edən qızlarımız içərisində ən yüksək nəticəyə Elfanə Camalova imza atıb – o qalibdən 27 saniyə geri qalmaqla finiş xəttini 44-cü keçib. Təəssüf ki, havanın yağmurlu olması səbəbindən yarış zamanı kifayət qədər toqquşmalar baş verib və liderlər qrupunda olan digər 2 idmançımız Validə Cabbarova ilə Ayan Xankişiyeva qəzadan qaça bilməyib. Zədələnmələrinə və kifayət qədər vaxt itirmələrinə baxmayaraq hər 2 velosipedçimiz mübarizəni sonadək davam etdirərək finiş xəttini keçməyi bacarıb.

Anoloji hadisə oğlanların 72 km məsafəyə yarışında da baş verib – burada toqquşma zamanı yıxılmaqla kifayət qədər vaxt itirən Qadir Mustafayev olub. Digər idmançımız Nəcəf Bağırov isə yarışı 30-cü pillədə bitirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43