19 İyul 2026
Ölkə futbolu

UEFA “Qarabağ”ı cərimələdi, azarkeş cəzası verdi

UEFA İntizam Komitəsi “Qarabağ”ı cəzalandırıb.

İdmanxeber.az ali futbol qurumun saytına istinadən xəbər verir ki, buna səbəb Ağdam klubunun gənclərinin “Çelsi”yə qarşı görüşündə azarkeşlərin irqçi və ayrı-seçkilik davranışları olub. 

UEFA buna görə “Qarabağ”a 5 min avro pul cəzası və gənclərin növbəti (1) ev matçının azarkeşsiz keçirilməsinə qərar verib.

Bağlı qapılar arxasında keçirilən sözügedən matç hazırkı qərarın verildiyi tarixdən başlayaraq bir (1) il sınaq müddəti ərzində dayandırılır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43