Dünya futbolu

Unay Emeri: “Bakıya ən hazır oyunçularla gəlmişik”

Avroliqanın qrup mərhələsinin ikinci turuna start verilir.

Sabah Bakı Olimpiya Stadionunda “Qarabağ”ın qonağı olacaq “Arsenal” komandasının baş məşqçisi Unay Emeri oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə matç barəsində fikirlərini bildirib:

“Uzun səfərdən gəlirik. Sabahkı oyuna çox ciddi hazırlaşmışıq. Qrafikimiz çox sıxdı. Hər turnirə çox ciddi hazırlaşırıq”.

-Bəzi oyunçular Bakıya gəlməyib. Buna misal olaraq Mıxitaryanı deyə bilərik.Onun gəlməmə səbəbi azarkeşlərin təzyiqi idi ?

-Xeyr, səbəb bu deyil. Biz bura ən hazır oyunçularla gəlmişik.

-Mıxitaryan və Remzinin gəlməmələri öz qərarları idi ?

-Mıxitaryan xəstə idi. Onun üçün gəlmədi. Remzi isə yoldaşının hamilə olduğu üçün Londonda qalmağı istədi.

-Petr Çex zədə səbəbindən bu oyunda olmayacaq. Sabahkı oyunda Lenon olacaq qapıda ?

-Lenonun sabahkı oyunda oynama ehtimalı böyükdür. Ancaq heyətlə bağlı yekun qərarımı verməmişəm.

-Sabah “Qarabağ”ın xal və ya xallar alması sizi təəccübləndirəcək ?

-Onlar “Sportinq”ə qarşı çox yaxşı oynadılar. Oyunçular çox keyfiyyətlidir. Hətta ötən mövsüm “Atletiko” ilə olan oyunları yaxşı xatırlayırıq. Sabah tamamən bu oyuna köklənəcəyik. Çalışacayıq ki, Londona qələbə ilə qayıdaq.

-Mıxitaryanın gəlməmə səbəbi Azərbaycanla Ermənistan arasında olan problemə görə olduğu yazılır. Ümumiyyətlə, bu münaqişədən xəbəriniz var ?

-Mənim üçün əsas məsələ futboldur. Bütün millətlərə və fikirlərə hörmət edən biriyəm. Və siyasətə də qarışmaq istəmirəm.

-Nəzərə alsaq uzun səfər etdiniz. Həftə sonu çempionat oyununuzun təxirə düşməsi üçün müraciət edəcəksiniz ?

-Bəli, çox uzun səfər etmişik. Ancaq biz buna öyrəşmişik. Təbii ki, bir gün daha vaxtımız olsaydı yaxşı olardı. Ancaq bu, bizdən asılı olan məsələ deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43