15 İyul 2026
Ölkə futbolu

Uşaq evinin sakinləri “Neftçi”nin qonağı oldular – FOTOLAR

1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri “Neftçi” PFK-nın qonağı olublar.

İdmanxeber.az-ın məlumatına görə, “Neftçi” Futbol Mərkəzində akademiyamızın məşqçilərinin keçdiyi əyləncə xarakterli məşqdə iştirak edib futbol oynayan uşaqlar üçün bayram ab-havalı əyləncəli tədbir də təşkil olunub.

Daha sonra qonaqlarla görüşən komandanın üzvləri onlara müxtəlif hədiyyələr təqdim ediblər. Ardından “Neftçi”nin məşqini izləyən uşaqlarla xatirə şəkilləri çəkdirilib.

Sonda baş məşqçi Samir Abasov klub adından sosial xidmət müəssisəsinə komandanın imzalı formasını və şərfini təqdim edib.

Qeyd edək ki, sosial məsələlərdəki münasibətini nümayiş etdirən “Neftçi” bu cür layihələri daim diqqət mərkəzində saxlayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43