27 İyun 2026
Ölkə futbolu

Vadim Abdullayev “Karvan”da – RƏSMİ

Yeni mövsümdə Azərbaycan Premyer Liqasında çıxış edəcək “Karvan” daha bir futbolçunun transferini açıqlayıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Vadim Abdullayevlə 1 illik müqavilə imzalanıb. 30 yaşlı yarımmüdafiəçinin son klubu “Araz-Naxçıvan” olub.

Qeyd edək ki, Yevlax təmsilçisi bu yay Elltun Turabov (“Turan Tovuz”), Süleyman Əhmədov (son klubu “Səbail”), Araz Abdullayev (“Qaradağ-Lökbatan”), David Oliveira Silva (son klubu “Zabbar”, Malta) ,Kyle Spence (Son klubu “Coleraine”, Şimali İrlandiya), Gavi Thompson (son klubu  “Sportinq Lagos”, Nigeriya), Olavale Doeni (“Plato Yunayted”, Nigeriya) və Elvin Yunuszadəni (son klubu “Qəbbələ”) də sıralarına qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43