“İki fərqli hissə gördük. Pis komandaya qarşı oynamadıq. “Zirə” çox yaxşı mübarizə apardı. Bilirdik ki, çətin oyun olacaq. Onlara hörmətlə yanaşırdıq. Amma bizə vurulan qollar bəlkə də çempionatı götürsək, hədiyyə olunan qollar idi. Bəziləri deyər ki, rəqib məcbur etdi. Amma fərdi səhvlərimiz bu qollara gətirib çıxardı. Komandanın oyunundan razıyam. İlk hissədən tam razıyam. Yaxşı oyun oynadıq. Futboldur. Rəqib səhvlərimizdən istifadə etdi. Onları təbrik edirəm. Hər şey qaydasındadır. Futbolçularıma təşəkkür edirəm. Səhvlər olur, işləyəcəyik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov “Zirə” oyunu (1:4) sonrası deyib. O, daha sonra belə davam edib:
“60-70-ci dəqiqədə olsaydı, fiziki güclə əlaqələndirərdim. Futbolçular səhv etdi, qollar buraxdıq. Səhvlər ola bilər, gənclərimiz də çoxdur. Kiminsə üstünə atmağım heç vaxt olmayıb. Komanda kimi uduzmuşuq”.