25 İyul 2026
Kateqoriyasız

Vaqif Cavadov Türkiyədə növbəti qolunu vurdu, komandası 3 xalı 3 qolla qazandı

Türkiyə PTT birinci liqasında 29-cui turun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, millimizin üzvü Vaqif Cavadovun şərəfini qoruduğu “Boluspor” öz meydanında “Adanaspor”la üz-üzə gəlib.

Qarşılaşma Bolu təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada sonuncu qolu isə Vaqif Cavadov qoyub. O, 90+5-ci dəqiqədə vurduğu qolla matçın yekun nəticəsini müəyyənləşdirib.

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 35-ə çatdıran Cavadovun komandası turnir cədvəlində 12-ci pilləyə yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43