17 İyul 2026
Ölkə futbolu

VAR “Neftçi”nin penaltisini ləğv etdi

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin oyunları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, “Turan Tovuz” hazırda doğma meydanda “Neftçi”ni qəbul edir.  Qarşılşmanın ilk hissəsinin sonunda baş hakim Rəşad Əhmədov ev sahibi komandanın oyunçusu Xulu Siyandanın əllə olduğunu düşünərək “Neftçi”nin lehinə penalti təyin edib.

Müdafiəçiyə ikinci sıra vərəqədən “qırmızı” göstərən referiyə VAR-dan xəbərdarlıq gəlib. O, epizodu izlədikdən sonra penalti və qırmızı vərəqəni ləğv edib.

İlk hissəsi sona çatan görüşdə qapılara qol vurulmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43