Ölkə futbolu

Xaqani Məmmədov: “Penalti yox idi”

"Mən həmin gün Sumqayıtakı oyunda hakim-inspektor idim. Oyundan sonra Ramil Diniyevə zəng elədim. Mənə dedi ki, XL-in futbolçusu dirsəyi ilə rəqibin sinəsinə vurdu. Ona görə də mətbuata açıqlamamda penalti olduğunu dedim. Ancaq ertəsi gün müxtəlif rakuslardan baxdıqdan sonra penalti olduğunu gördüm. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov "Xəzər TV"də yayımlanan "Futbol Saatı" verlişində deyib.

HK sədri XL-in qapısına verilən penaltinin yanlış olduğunu etiraf edib:

"Hakimə iradlar bildiriləcək. Ancaq bizdə hakimlərdə belədi ki, oyunda bir səhv etdisə onu sığortalamağa çalışırlar. Gərək belə olmaya. Düzdü, orada penalti yox idi. Ancaq bundan öncəki epizodda "Rəvan"ın təmiz qolu qeydə alınmamışdı. O zaman onlar da etiraz edəcəklərdi ki, bizim qolumuzu saymadınız".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43