Premyer Liqa

”Xəzər Lənkəran” 28:13 AZAL – VİDEO

“Xəzər Lənkəran” bu həftə qələbə üçün çox darıxmış doğma meydanda AZALı qəbul edəcək. Lənkəran klubunun rəsmi saytı oyuna tarixin və statistikanın prizmasından nəzər yetirməyi təklif edir.

AZAL bütün yarışların statiskasına görə “Xəzər Lənkəran”ın ən çox məğlub etdiyi komandadır. Belə ki, bu rəqibə qarşı keçirilmiş 15 oyundan “Xəzər Lənkəran” qalib hesabla ayrılıb.

Ölkə birinciliyində bu komandalar arasında 2005-ci ildən bəri 21 oyun baş tutub. 13 çempionat matçında qələbə qazanan lənkəranlılar 4 dəfə heç-heçə edib və 4 dəfə məğlub olub. Ümumi top fərqi – 28:13.

Lənkəranda baş tutan 10 oyunda 6 qələbə, 3 heç-heçə və 1 məğlubiyyət qeydə alınıb. Doğma divarlar arasında “Xəzər Lənkəran”ın vurduğu qolların sayı isə rəqibin vurduğu qolları ikiqat üstələyir – 14:7. Hazırkı mövsüm Hər iki komandanın bu mövsüm göstəriciləri ürəkaçan deyil. Son 6 tura nəzər salsaq, “Xəzər Lənkəran”da 1 qələbə, 2 heç-heçə və 3 məğlubiyyət, AZALda isə 4 heç-heçə və 2 məğlubiyyət var. “Xəzər Lənkəran”ın bu çempionatda məğlub etdiyi üç rəqibdən biri də məhz “təyyarəçilər”di. 7-ci turda “AZAL Arena”da keçirilən oyun 3:1 hesabı ilə “Xəzər Lənkəran”ın xeyrinə başa çatıb. AZALın çempionatda son qələbəsi isə daha əvvəl, 5-ci turda baş tutub. Səfərdə “Qarabağ”ı məğlub etməklə ardıcıl 4-cü qələbəsini qazanmış paytaxt klubu o gündən qələbə qazana bilmir. Digər məqamlar AZAL-a qarşı birinci dövrədə keçirilmiş oyun həmçinin “Xəzər Lənkəran”ın geridə qalan 14 tur ərzində hesabı açdığı yeganə qarşılaşmadır. Braziliyalı Deyvid Sakkoni 3-cü dəqiqədə AZALın qapısıdan komandanın formasında ilk və hələ ki yeganə topunu keçirməklə, həm də bu mövsüm “Xəzər Lənkəran”ın vurduğu ən tez qolun müəllifi olub. Dünən keçirilmiş məşqdə fərdi şəkildə çalışmalar yerinə yetirən Ağabala Ramazanov və Uğur Pamuk bugün tam olaraq komanda ilə birlikdə məşğul oldular. Həmçinin Adrian Pit də uzun fasilədən sonra əsas heyətlə məşqə çıxır. “Xəzər Lənkəran” – AZAL. 30 noyabr, saat 17:00, “Xəzər Lənkəran” Mərkəzi Stadionu. Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Elşən Acalov, Teymur Fərhadov.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43