Kateqoriyasız

“Xəzər Lənkəran” Gəncədə məşq etməyəcək

Premyer Liqanın IX turunda səfərdə “Kəpəz”lə qarşılşacaq “Xəzər Lənkəran” bu gün Gəncəyə yola düşəcək.

İdmanxeber.com-un məlumatına görə, dünən saat 17:00-da növbəti məşqini keçirən cənub təmsilçisinin daha bir hazırlığı bu gün səhər saat 09:30-da baş tutacaq ki, bu da oyunöncəsi son məşqi əvəz edəcək. Ardından isə saat 11:00-da Lənkəranı tərk edəcək komanda Gəncəyə çatan kimi şəhərin mərkəzində yerləşən “Gəncə” otelində məskunlaşacaq və sabahı, oyunun başlama saatını gözləyəcək.

Xatırladaq ki, “Kəpəz” – “Xəzər Lənkəran” görüşü Gəncə şəhər stadionunda sabah, oktyabrın 24-də saat 15:00-da start götürəcək. Oyun CBC Sport kanalı ilə canlı yayımlanacaq. (12cioyuncu.info)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43