Kateqoriyasız

“Xəzər Lənkəran” rəsmisi: “Biz oynadıq, “İnter” qalib gəldi”

“İstər Toşak, istərsə də klub rəhbərliyi dünənki oyundan razı qaldı. Biz oynadıq, “İnter” qalib gəldi. Bəxtimiz gətirmədi”.

Bu sözləri idmanxeber.com-a açıəqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Klub rəsmisi bildirib ki, 2 qələbədən sonra alınan bu yenilgiylə bağlı verilə biləcək hər hansı bir cəzaya Toşak qərar verəcək:

“Düzdü sonucda məğlub olduq. Toşak qərar verəcək ki, futbolçular cəzalanmalıdı, ya yox”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43