Kateqoriyasız

“Xəzər Lənkəran”ın transfer etmək istədiyi futbolçular

“Xəzər Lənkəran” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, Cənub komandası 20 futbolçu ilə danışıqlar aparır. “Xəzər Lənkəran”ın heyətinə qatmaq istədiyi bir neçə futbolçu isə məlumdu. “Ağ-yaşıllar”ın transfer etmək istədiyi futbolçular arasında Səlahət Ağayev (“İnter”), Draqan Çeran, Rəşad Eyubov (“Simurq”), Vaqif Cavadov, Abdulla Abatsiyev, Roberto Alvis və Dieqo Souza da var. 

Qeyd edək ki, “İnter”dən Asifə Məmmədovun Lənkəran təmsilçisinə keçəcəyi gözlənilsə də tərəflər maliyyə məsələsində ortaq məxrəcə gələ bilməyiblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43