Kateqoriyasız

“Yaxşı transferdir, “Sabah” çempion olacaq” – Ramil Şeydayev

Yevgeni Koçukun “Sabah”a transfer olunması millimizin üzvü Ramil Şeydayevin də marağına səbəb olub.

İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı forvard moldovalı yarımmüdafiəçinin “instagram” hesabəındakı paylaşımının altına “Bəli, yaxşı transferdir. “Sabah” çempion olacaq (gülüş işarəsi)” – yazıb.

Koçuk da öz növbəsində Şeydayevə cavab verib: “Rama, tamamilə razıyam”.
Xatırladaq ki, hər iki futbolçu 2017-218 mövsümündə “Jilina”da birlikdə oynayıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43