Yeni rəhbər dəyişikliyinə gedən “Kəpəz” növbəti mövsümün planlarını cızmağa başlayıb.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi yay təlim-məşq toplanışını ölkədən kənarda keçirmək variantını gözdən keçirir.
“Sarı-göylər” 2025-2026 mövümünə daha yaxşı hazırlaşmaq üçün Türkiyənin Ərzurum şəhərinə getməyi planlaşdırır.
Klub rəhbərliyi bu məsələ ilə bağlı yekun qərarını 2 həftə ərzində verəcək.

