19 İyun 2026
Ölkə futbolu

Zədələnən Mahir məşqlərini belə davam etdirir – FOTO

Almaniya II Bundesliqasının son turunda “Fortuna” ilə görüşdə əlindən xəsarət alan “Nürnberq”in hücumçusu Mahir Emreli məşqlərə başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, əl sümüyündə qırıq olan oyunçu xüsusi hazırlanmış şinlə hazırlıqlarını davam etdirir. Onun qarşıdakı oyunlarda meydana bu şəkildə çıxması gözlənilir.

Xatırladaq ki,  Mahir Emreli ardıcıl 3 matçda 4 qol vurmağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43