Kateqoriyasız

Zabit Səmədov karyerasını qələbə ilə bitirdi – VİDEO

Zabit Səmədov peşəkar karyerasında son döyüşünü keçirib.

İdmanxeber.az-ın məlumatına görə, 38 yaşlı kikboksçu Milli Gimnastika Arenasında təşkil olunan vida döyüşündə Antonio Silva ilə qarşılaşıb. Döyüş 1-ci raundda başa çatıb. Sabiq UFC döyüşçüsü Zabitin zərbələri qarşısında tab gətirməyib.

Qeyd edək ki, Səmədov 24 illik karyerasında 113 döyüşə çıxıb və 38-i nokautla olmaqla 103 qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43