25 İyun 2026
Ölkə futbolu

Zamiq oynadı, komandası finala çıxdı

Albaniya kubokunda yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, millimizin futbolçusu  Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” səfərdə “Partizan”ın qonağı olub. İlk matçda 0:1 hesabı ilə məğlub olan “Eqnatiya” cavab görüşündə qələbə qazanıb – 2:0.

Start heyətində meydana çıxan Zamiq sonadək meydanda olub.

“Eqnatiya” finalda mayın 1-də “Dinamo” (Tirana) ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43