28 Yanvar 2023
Kateqoriyasız

“Zirə” Türkiyədən vinger transfer etdi – RƏSMİ

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, “qartallar” İssa İbrahim Cibrila ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Vingerlə iki il yarımlıq müqavilə imzalanıb.

Əldə edilmiş razılığa görə müqavilə 2023-cü ilin yanvar ayının 1-dən qüvvəyə minəcək.

Niger millisinin də üzvü olan 27 yaşlı futbolçunun son klubu Türkiyənin “Ankara Keçiörəngücü” komandası olub.

İbrahim sentyabrdan azad agentdir. O, ötən mövsüm I liqada 21 oyunda 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

UEFA Super Kuboku “Real”ın oldu

admin

Namikin məhsuldar ötürməsi, bəxtsizliyi və sonda qələbə sevinci – Video

admin

Ramil Şeydayev klubunu dəyişir – Moskva klubu ilə müqavilə imzalayır

admin