19 İyul 2026
Ölkə futbolu

“Zirə” 3 futbolçusu ilə müqavilə uzatdı – RƏSMİ

“Zirə” 3 futbolçu ilə müqavilənin müddətini artırıb. 

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, son 3 mövsümü icarə əsasında komandada keçirən Hacıağa Hacılı ilə 2, Anar Nəzirovla isə 1 illik müqavilə imzalanılıb

Həmçinin, ötən mövsümü icarə əsasında “Zirə”də çıxış etmiş Rüstəm Əhmədzadə daha bir illik icarəyə götürülüb. “Qarabağ”a məxsus hücumçu növbəti mövsümün sonuna qədər komandada çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43