Kateqoriyasız

“Zirə” onu göndərdiyini rəsmən açıqladı

“Zirə” daha bir futbolçu ilə yolları ayırıb.

Qəsəbə təmsilçisi yarımmüdafiəçi Elvin Məmmədovla vidalaşdıqlarını rəsmən açıqlayıb.

31 yaşlı futbolçu ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib. Millimizin keçmiş hücumçusu “Zirə”yə 2019-cu ilin mayında keçmişdi. Zirəlilər bu qış Elvinə qədər Soni Norde, Robin Nqalande və Xulio Sezar Rodrigesi də yola salıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43