Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün ilk yoxlama oyununa çıxıb.
İdmanxeber.az xəbər verir ki, komanda “Fatih Karagümrük”lə qarşılaşıb. “Fenerbahçe Topuk Yaylası”nın meydançasında keçirilən oyun 0:0 hesabı ilə yekunlaşıb.
Xatırladaq ki, “Fatih Karagümrük”lə Türkiyə Super Liqasında mübarizə aparır.
Qeyd edək ki, “Zirə” Türkiyədə daha 2 yoxlama görüşü keçirəcək.

